-“Mr Group” şirkəti fəaliyyət göstərdiyi müddət boyunca “Sosial məsuliyyət” anlayışına xüsusi diqqət ayıraraq, ona şirkət fəlsəfəsinin ayrılmaz bir hissəsi kimi baxmışdır. Şirkətin təqdim etdiyi xidmətlər təhlükəsizliyin təmin olunması üzərindən təklif olunaraq özündə bir çox sosial elementləri əks etdirir. Həyatın təhlükəsizliyinin təmin olunmasında peşəkar komandanın və yüksək keyfiyyətli, funksionallı texniki bazanın olması vacib məqamlardan biridir.
Hər bir fəaliyyət sahəsində işçi faktoru şirkətin uğurunun aparıcı elementidir. Təqdim olunan hər bir xidmət sahəsi cəmiyyət və insanların təhlükəsizlik anlayışına yanaşmalarından asılıdır. Bu baxımdan, “MR Group” şirkəti işçilərin peşəkar səviyyəsinin artırılması, maddi texniki bazanın inkişafı üçün müxtəlif fəaliyyətlər həyata keçirir. Müştərilərə təqdim olunan xidmətlər və gündəlik iş fəaliyyətində Sağlamlıq və Təhlükəsizlik kodeksi üzrə bütün tələblərə riayət olunur. Reallaşdırdığı xidmətlərə uyğun olaraq ətraf mühitin qorunması, ekoloji məsələlər daim diqqət mərkəzində saxlanılmaqdadır. Yanğın söndürmə sistemlərinin, mühafizə və nəzarət sistemlərinin tətbiq olunması zamanı ətraf mühit daim olaraq nəzərə alınır.